Səfir Yaşar Əliyev Monqolustanda bir sıra rəsmi görüşlər keçirir

Səfir Yaşar Əliyev Monqolustanda bir sıra rəsmi görüşlər keçirir
# 22 oktyabr 2007 09:43 (UTC +04:00)
Azərbaycanın Çin və Monqolustanda akkreditə olunmuş fövqəladə və səlahiyyətli səfiri Yaşar Əliyev Ulan-Batorda səfərdədir. Bu barədə APA-ya açıqlama verən səfirin sözlərinə görə, o, səfər çərçivəsində Monqolustanın xarici işlər və sənaye nazirləri, Monqolustan Xarici Ölkələrlə Dostluq Cəmiyyətinin rəhbərliyi və Azərbaycan icmasının nümayəndələri ilə görüşəcək. Səfir Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov və prezident İlham Əliyevin Monqolustana rəsmi səfər edəcəyi barədə məlumatları da təsdiqləyib. Onun sözlərinə görə, Ulan-Batorda keçirdiyi görüşlər zamanı bu səfərlərlə bağlı məsələləri də müzakirə edəcək. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR