Azərbaycan Diplomatik Akademiyası ilə Norveçin Xarici İşlər Nazirliyi arasında əməkdaşlıq sazişi imzalanacaq

Azərbaycan Diplomatik Akademiyası ilə Norveçin Xarici İşlər Nazirliyi arasında əməkdaşlıq sazişi imzalanacaq
# 29 oktyabr 2007 11:25 (UTC +04:00)
Azərbaycan Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyası ilə Norveçin Xarici İşlər Nazirliyi arasında əməkdaşlıq sazişi imzalanacaq. APA-nın xəbərinə görə, bu barədə bu gün keçirdiyi ənənəvi brifinqdə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Xəzər İbrahim məlumat verib. O bildirib ki, sazişi oktyabrın 31-də Azərbaycan XİN-in binasında Diplomatik Akademiyanın rektoru, xarici işlər nazirinin müavini Hafiz Paşayev və Norveçin Azərbaycandakı səfiri Yon Ramberq imzalayacaq. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR