Xarici İşlər Nazirliyinin idarə rəisi: “Gələn ildən Azərbaycanın xarici ölkələrdəki səfirlikləri yapışqan vizalardan istifadə edəcək”

Xarici İşlər Nazirliyinin idarə rəisi: “Gələn ildən Azərbaycanın xarici ölkələrdəki səfirlikləri yapışqan vizalardan istifadə edəcək”
# 01 noyabr 2007 11:43 (UTC +04:00)
Bu barədə APA-ya eksklüziv açıqlamasında Xarici İşlər Nazirliyi Baş Konsulluq İdarəsinin rəisi, səfir Nadir Hüseynov bildirib. İdarə rəisi deyib ki, yapışqan vizaları çap etdirilməsi məqsədilə Maliyə Nazirliyi artıq tender elan edib: “Tenderin nəticələri yaxın vaxtlarda məlum olacaq, vizalar 1 ay ərzində hazırlanacaq”. XİN rəsmisi hazırda istifadə olunan və ştamp üsulu ilə vurulan adi vizaların da ciddi uçot altında olduğunu qeyd edib. O, yeni üsula günün tələblərinə əsasən keçildiyini söyləyib. N. Hüseynov onu da vurğulayıb ki, yeni vizaları çap etməyə Böyük Britaniya, Latviya, Ukrayna, Polşa və digər ölkələrin müvafiq təşkilatları maraq göstərir. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR