Azərbaycanın Yekaterinburqdakı baş konsulluğu bu ilin sonuna kimi fəaliyyətə başlayacaq

Azərbaycanın Yekaterinburqdakı baş konsulluğu bu ilin sonuna kimi fəaliyyətə başlayacaq
# 01 noyabr 2007 11:30 (UTC +04:00)
Bu ilin sonuna kimi Rusiyanın Sverdlovsk vilayətinin Yekaterinburq şəhərində Azərbaycanın baş konsulluğu açılacaq. Xarici İşlər Nazirliyinin Baş Konsulluq İdarəsinin rəisi, səfir Nadir Hüseynovun APA-ya verdiyi məlumata görə, növbəti baş konsulluqların isə Qazaxıstanın Aktau və Gürcüstanın Batumi şəhərlərində açılması planlaşdırılıb.
Qeyd edək ki, Rusiyanın Ural federal dairəsində 400 mindən çox azərbaycanlı yaşayır. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR