Azərbaycanın Ukraynadakı səfiri Poltava vilayətinə səfər edib

Azərbaycanın Ukraynadakı səfiri Poltava vilayətinə səfər edib
# 20 noyabr 2007 09:45 (UTC +04:00)
Azərbaycanın Ukraynada fövqəladə və səlahiyyətli səfiri Tələt Əliyev Poltava vilayətinə səfər edib. APA-nın Şərqi Avropa bürosunun məlumatına görə, Tələt Əliyev Azərbaycanın Poltava vilayəti ilə əməkdaşlığın genişlənməsində maraqlı olduğunu bəyan edib. Kremençuq Avtomobil Zavoduna baş çəkən səfir əsas yığım istehsal konveyerinə baş çəkib və sınaq-nümayiş poliqonunda olub. Tələt Əliyev "AvoKrAz" holdinq şirkəti ilə birlikdə Azərbaycan ərazisində birgə müəssisə yaratmağı təklif edib. Həmin müəssisə Kremeçuq Avtomobil Zavodunun istehsal etdiyi maşın komplektləri əsasında yığılmış yük avtomobillərinin buraxılması ilə məşğul olacaq. Poltava vilayətinə səfəri zamanı T. Əliyevin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti həmçinin Kremençuq şəhər icra hakimiyyətinin başçısı Nikolay Qluxov ilə də görüşüb. Müzakirələr əsnasında Kryukov Vaqonqayırma Zavodu və "Kremeçuqmyaso" kombinatı ilə Azərbaycan arasında əməkdaşlığın yaradılması məsələlərinə də toxunulub. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR