Səfir Yaşar Əliyev: “Daniel Fridlə görüşümüz, ilk növbədə, onun Azərbaycana son səfərinə həsr olunmuşdu”

Səfir Yaşar Əliyev: “Daniel Fridlə görüşümüz, ilk növbədə, onun Azərbaycana son səfərinə həsr olunmuşdu”
# 24 noyabr 2007 07:22 (UTC +04:00)
Y. Əliyev bildirib ki, görüş zamanı D. Fridin Azərbaycana səfəri zamanı əldə etdiyi mülahizələr və nəticələr barədə fikir mübadiləsi aparılıb. Bununla yanaşı, ikitərəfli münasibətlərə dair geniş spektr məsələlərə də toxunulub.
APA-nın ABŞ bürosunun diplomatik mənbələrindən əldə etdiyi məlumatda da bildirilir ki, səfir Y. Əliyevin Dövlət Departamentinə məhz Azərbaycanda söz azadlığı məsələləri ilə bağlı çağırılması barədə xəbərlər həqiqətə uyqun deyil. Mənbənin məlumatına görə, Dövlət Departamentindən noyabrın 19-da Azərbaycan səfirliyinə müraciət edərək, Daniel Fridin Yaşar Əliyevlə görüşməsi üçün vaxt təyin olunmasını xahiş ediblər. İki gündən sonra bu görüş baş tutub. Əsasən, D. Fridin Azərbaycana son səfərinə həsr olunan görüş zamanı tərəflər bir çox mövzularla yanaşı, Azərbaycanda mətbuatla bağlı məsələləri də müzakirə ediblər. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR