Bu ay Azərbaycan və Oman xarici siyasət idarələri arasında məsləhətləşmələr keçiriləcək

Bu ay Azərbaycan və Oman xarici siyasət idarələri arasında məsləhətləşmələr keçiriləcək
# 04 dekabr 2007 15:48 (UTC +04:00)
Dekabrın ortalarında Omanda Azərbaycan və bu ölkənin xarici siyasət idarələri arasında məsləhətləşmələr keçiriləcək. Bu barədə APA-ya Azərbaycanın Səudiyyə Ərəbistanındakı səfirliyindən məlumat verilib. Paralel olaraq Omanda da akkreditə olunan səfirlikdən qeyd ediblər ki, məsləhətləşmələrin keçirilməsində məqsəd tərəflərin qarşılıqlı münasibətlərin genişlənməsində maraqlı olmasıdır. Məsləhətləşmələr zamanı regional əməkdaşlıq, iqtisadi əlaqələrin genişlənməsi, birbaşa siyasi əlaqələrin yaradılması və s. məsələlər diqqət mərkəzində olacaq. Azərbaycanı bu məsləhətləşmələrdə xarici işlər nazirinin müavini Xələf Xələfov təmsil edəcək. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR