Səfir: “İnanıram ki, İranla Azərbaycan arasında viza rejiminin ləğvi məsələsi yaxın vaxtlarda həllini tapacaq”

Səfir: “İnanıram ki, İranla Azərbaycan arasında viza rejiminin ləğvi məsələsi yaxın vaxtlarda həllini tapacaq”
# 24 yanvar 2008 09:08 (UTC +04:00)
Səfir danışıqların gedişi haqda hər hansı bilgiyə malik olmadığını da bildirib: “Bu məsələ hər iki tərəfin marağındadır və reallaşması mümkündür. Hələlik isə İranla Azərbaycan arasında üç keçid məntəqəsi fəaliyyət göstərir”. İranla Azərbaycan arasında viza rejiminin ləğv olunması perspektivlərinə münasibət bildirən diplomat bu məsələnin müsbət həllini tapmasında problem olmadığını deyib: “Gediş-gəlişdə heç bir problem yoxdur. Vizanın alınmasında da problem yaradılmır. Amma gediş-gəlişlə bağlı yaradılan şərait xalqların tam istəyinə uyğun deyil. İnanıram ki, yaxın vaxtlarda bu məsələ müsbət həllini tapar və iki qonşu və qardaş xalq bir-birinin evinə pul ödəməklə getməz”. H. Zare İran İslam İnqilabının Mühafizə Korpusu - “SEPAH”la əməkdaşlıqda təqsirli bilinərək müxtəlif müddətlərə azadlıqdan məhrum edilən Azərbaycan vətəndaşlarının həbsindən sonra iki ölkə arasında hər hansı problem yaranmayacağına inandığını da deyib: “Kənar qüvvələr həmişə əlaqələrin korlanması üçün müəyyən işlər görüb və gələcəkdə də belə olacaq. Lakin iki ölkə arasında münaqişə yaratmaq cəhdləri nəticəsiz qalacaq”. Səfir Azərbaycan Xarici İşlər Nazirliyində bu məsələ ilə bağlı ona təqdim edilən istintaq materiallarının Tehrana göndərilib-göndərilməməsi haqda isə heç nə deməyib. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR