Türkiyə səfiri missiyasının başa çatması münasibətilə vida mərasimi təşkil edib

Türkiyə səfiri missiyasının başa çatması münasibətilə vida mərasimi təşkil edib
# 30 yanvar 2008 08:33 (UTC +04:00)
Türkiyənin Azərbaycandakı səfiri Hüseyn Avni Karslıoğlu Bakıda diplomatik missiyasının başa çatması ilə əlaqədar öz iqamətgahında Azərbaycan rəsmiləri, hökumət üzvləri, Milli Məclisin deputatları, ictimai xadimlər, Bakıda akkreditə olunmuş diplomatik missiyanın nümayəndələri üçün vida mərasimi keçirib. APA-nın məlumatına görə, səfir Karslıoğlu bir il əvvəl Azərbaycanda diplomatik missiyasının icrasına başlayan zaman babalarının vətənində ən azı 4 il çalışacağını düşündüyünü deyib: “Təəssüf ki, bu mənə qismət olmadı. Azərbaycanı öz ürəyimdə aparacağam”. Bundan sonra Türkiyə prezidentinin aparatında çalışacağını bildirən səfir, həyatı Azərbaycanda çalışdığı dövrləri unutmayacağını vurğulayıb. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR