Türkiyə səfirliyi dəqiqləşdirmə xarakterli bildiriş yayıb

Türkiyə səfirliyi dəqiqləşdirmə xarakterli bildiriş yayıb
# 12 may 2008 14:14 (UTC +04:00)
Bakı - APA. Türkiyənin Azərbaycandakı səfirliyi səfir Hulusi Kılıçın bu il mayın 7-də verdiyi açıqlaması ilə bağlı dəqiqləşdirmə xarakterli bildiriş yayıb. Səfirliyin mətbuat müşavirliyindən APA-ya daxil olan məlumata görə, mayın 7-də keçirilən tədbirdə Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Hulusi Kılıç ölkəsinin Ermənistanla əlaqələrin qurulması üçün lazım olan ilkin şərtlərdən danışmayıb. O, suala cavab olaraq iki ölkə arasında başladıla biləcək dialoqda hansı məqamların vacib olduğunu vurğulayıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR