Bank Of Baku

Aİ: Azərbaycan və Ermənistan müdafiə nazirləri arasında birbaşa təmas öz bəhrəsini verib

Aİ: Azərbaycan və Ermənistan müdafiə nazirləri arasında birbaşa təmas öz bəhrəsini verib
# 13 dekabr 2021 16:53 (UTC +04:00)

“Biz Azərbaycan və Ermənistan arasında etimadın güclənməsi istiqamətində tərəflərlə intensiv şəkildə işləyirik”.

APA-nın xəbərinə görə, bu barədə yüksək vəzifəli avropalı diplomat bildirib.

O qeyd edib ki, Aİ tərəflərlə işləməyə sadiqdir.

Diplomat Avropa İttifaqı Şurasının Prezidentinin Azərbaycan və Ermənistan liderləri ilə telefon danışığının olduğunu xatırladıb.

“Eyni zamanda, tərəflər müdafiə nazirləri arasında birbaşa təmasın yaradılmasına razılıq verdi. Düşünürəm ki, bu təmasın yaradılması artıq öz bəhrəsini verib. Belə ki, de-eskalasiya mümkün olub. Bu, gələcəkdə də hər hansı gərginliyin meydana çıxmasının qarşısını alacaq. Hələ görüləsi işlər çoxdur”, - deyə diplomat vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR