Aİ rəsmisi: “Soçi görüşündə Azərbaycanı Naxçıvan və Türkiyə ilə birləşdirəcək dəhliz məsələsi də müzakirə olundu”

Luk Pierre Devin

© APA | Luk Pierre Devin

# 01 dekabr 2021 15:57 (UTC +04:00)

“Regionda vəziyyət gərgin olaraq qalır. Noyabrın ortalarında Ermənistanla Azərbaycan arasındakı beynəlxalq sərhəddə baş verən toqquşmada çoxsaylı itki oldu, bu, narahatedicidir”.

APA-nın məlumatına görə, bunu Avropa İttifaqının Rusiya, “Şərq Tərəfdaşlığı”, Mərkəzi Asiya, regional əməkdaşlıq və ATƏT üzrə Avropa Xarici Fəaliyyət İdarəsinin İcraçı Direktoru Luk Pierre Devin Avropa Parlamentinin Xarici Məsələlər Komitəsində Azərbaycan və Ermənistan arasında münasibətlərlə bağlı müzakirələrdə çıxışında deyib.

Onun sözlərinə görə, Aİ institutları bu hadisəyə operativ reaksiya verib: “Aİ Şurasının Prezidenti Şarl Mişel iki ölkənin rəhbərləri ilə əlaqə saxladı. Həmçinin, Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar tərəflərlə, eyni zamanda Rusiya XİN başçısı ilə əlaqə yaratdı. Həmin toqquşmadan bəri vəziyyət stabilləşib, atışmalar yoxdur. Bu, müsbətdir. Azərbaycan və Ermənistan liderlərinin bu yaxınlarda Soçidə görüşü baş tutdu və tərəflər müəyyən məsələləri razılaşdırdılar. Onlar regionda təhlükəsizliyinin gücləndirilməsi səyləri, delimitasiya və demarkasiya məsələləri ilə bağlı komissiya yaradılması, Rusiyanın da bu komissiyada iştirakı barədə razılığa gəldilər.

Həmçinin, liderlər detalları açıqlamadan humanitar məsələlərin də müzakirə olunduğunu dedilər.

Ermənistan tərəfi Azərbaycanda müharibə əsirlərinin olduğunu iddia edir, Azərbaycan tərəfi isə bildirir ki, onlar terrorçudur, Azərbaycan sərhədlərini pozub.

Görüşdə, həmçinin, koridor məsələsi də müzakirə olundu. Bu koridor Azərbaycanı Naxçıvan və Türkiyə ilə birləşdirəcək.

Müsbət element odur ki, ATƏT Minsk Qrupu prosesi çərçivəsində də tərəflər arasında görüşlər baş tutur”.

Luk Pierre Devin sabit, sülh içində olan Qafqazın onların da marağımızda olduğunu bildirib: “Bu regionun ölkələri "Şərq Tərəfdaşlığı"na üzvdür. Ancaq fakt odur ki regionda hərb hələ də var və orada hazırkı mərhələdə yalnız Rusiya mövcuddur. Saxlanılanlar və minalar məsələsi isə işləri daha da mürəkkəbləşdirir. Rasional olmaq lazımdır ki, bu iki məsələ həll edilməyincə, sülhə meyl də olmayacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR