Almaniya Bundestaqının nümayəndə heyəti Azərbaycana səfər edəcək

Bundestaqın deputatı Carl-Julius Cronenberg

© APA | Bundestaqın deputatı Carl-Julius Cronenberg

# 26 oktyabr 2021 16:02 (UTC +04:00)

Almaniya Bundestaqından nümayəndə heyəti Azərbaycana səfər edəcək.

Bu barədə APA-ya Almaniyanın Azərbaycandakı səfirliyinin mətbuat xidmətindən bildirilib.

Səfərin məqsədi Almaniya Bundestaqının Beynəlxalq Parlament Təqaüd proqramı (İPS) üçün Azərbaycandan olan namizədləri seçməkdir. Nümayəndə heyətinə Bundestaqın deputatı Carl-Julius Cronenberg rəhbərlik edəcək.

Səfər noyabrın 1-2-də reallaşacaq.

Qeyd edək ki, İPS proqramı çərçivəsində dünyanın 44 ölkəsindən 120 təqaüdçü 1 mart - 31 iyul 2022-ci il tarixinədək Almaniya Bundestaqı tərəfindən tam maliyyələşdirilən təqaüd çərçivəsində Almaniyanın parlamentar sistemi ilə tanış olmaq imkanı əldə edirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR