Almaniya səfiri: “Azərbaycan və Ermənistan birgə yaşayışın yollarını tapmalıdır”

Səfir Volfqanq Maniq

© APA | Səfir Volfqanq Maniq

# 11 noyabr 2021 13:00 (UTC +04:00)

"Həm Azərbaycan, həm də Ermənistan anlamalıdır ki, qonşuluq şəraitində yaşayır. Biri Braziliyada, biri Avstraliyada yerləşmir, qonşu dövlətlərdir”.

Bunu APA-ya açıqlamasında Almaniyanın Azərbaycandakı səfiri Volfqanq Maniq bildirib. Onun sözlərinə görə, bu səbəbdən birgə yaşayışın yolları tapılmalıdır: "Təbii ki, hazırda iki ölkə arasında hasarların, sərhədlərin, dəmir məftillərin çəkilməsi ilə müəyyən barışığa doğru gedə bilmərik”.

Səfirin sözlərinə görə, yenidən hər hansı şəhərlərə raket hücumlarının, yaxud böyük insan tələfatına səbəb olan Xocalı hadisəsi, hansısa digər etnik təmizləmə kimi hadisələrin baş verməməsi üçün hər iki ölkə müsbət şəkildə bir-birini anlayıb, birgə çalışmalıdır: “Hazırda görüşlərin təşkili, bu məsələdə müəyyən danışıqların olması olduqca vacib məsələdir. Ən əsas məsələlərdən biri odur ki, həmin ölkələr özləri sərhəd üzərindən bir-birinə dostluq əlini, barışıq əlini uzatsın. Bizim tariximizə baxdıqda bilirsiniz ki, II Dünya müharibəsi zamanı və sonra Almaniyanın qonşu ölkələrlə münasibətləri pozulmuşdu, düşmən vəziyyətində idilər. Lakin sonda Avropa Birliyi yarandı. Avropa Birliyi vaxtilə bir-birinə düşmən kəsilən ölkələrdən ibarətdir, lakin bu ölkələr öz səhvlərini başa düşərək, birləşməyi bacardı və hazırda sülh şəklində fəaliyyət göstərir".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR