Almaniya səfiri Ermənistanın Gəncədə raket atəşinə tutduğu ərazilərə baş çəkib - FOTO - VİDEO

Almaniya səfiri Gəncədə Ermənistanın raket atəşinə tutduğu ərazidə

© APA | Almaniya səfiri Gəncədə Ermənistanın raket atəşinə tutduğu ərazidə

# 07 oktyabr 2021 15:31 (UTC +04:00)

Almaniyanın Azərbaycandakı səfiri Volfqanq Maniq Gəncə şəhərinə səfər edib.

APA-nın yerli bürosunun məlumatına görə, səfir Vətən müharibəsi dövründə Ermənistan tərəfindən Gəncənin raket atəşinə tutulması nəticəsində dağılan ərazilərə baş çəkib, günahsız mülki insanlara qarşı həyata keçirilən cinayətlərin nəticələri ilə yerində tanış olub.

Səfir erməni terroru zamanı həlak olan dinc sakinlərin xatirəsinə ehtiram əlaməti olaraq, dağılmış evlərin ətrafına gül düzüb.

Ona məlumat verilib ki, Gəncə müharibə dövründə ümumilikdə 8 dəfə Ermənistan tərəfindən ağır artilleriya və raketlə atəşə tutulub. Bildirilib ki, dinc sakinlərin sıx yaşadığı ərazilərə edilmiş raket hücumları nəticəsində 1 körpə, 5 uşaq və yeniyetmə, 10 qadın olmaqla 26 dinc sakin həlak olub, 120-dən çox insan yaralanıb. Həmçinin bildirilib ki, 20-dən artıq ev tamamilə dağılıb, 100-dən artıq ev və bir o qədər də obyektə ciddi ziyan dəyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR