Anna Briçall: "Rumıniya və Azərbaycan arasında çox yaxşı strateji əlaqələr var"

Anna Briçall

© APA | Anna Briçall

# 06 noyabr 2021 20:00 (UTC +04:00)

"Mən fəxr edirəm ki, ölkəm Rumıniyanın Azərbaycanla çox yaxşı strateji əlaqələri var."

Bunu APA-ya açıqlamasında Rumıniyanın keçmiş Baş nazir müavini Anna Briçall deyib.

"Mən hər zaman Rumıniya-Azərbaycan arasında sıx əlaqələri təbliğ etmişəm, dəstəkləmişəm. Bütü qəlbimlə inanıram ki, Rumıniya və Azərbaycan arasında strateji münasibətləri daha da dərinləşdirmək üçün böyük potensial var. Münasibətlərin müxtəlif sahələrdə genişlənməsi üçün imkanlar zəngindir. Dövlətlərarası komissiyanın tez-tez iclasları baş tutur və mən özüm də bu iclaslarda həmsədr olmuşam. Çox şadam ki, Azərbaycan Prezidenti İlham Əliyev də bu strateji tərəfdaşlığı qiymətləndirir".

O bildirib ki, Azərbaycanın müstəqilliyi tanıyan hazırkı Aİ ölkələri arasında Rumıniya ilk ölkə olub. "Rumıniya hər zaman beynəlxalq sərhədlər çərçivəsində Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini tanıyıb.

Öz adımdan deyə bilərəm ki, Azərbaycanın 44 günlük müharibədə qələbə çalması xəbəri məni sevindirdi.

Mən hər zaman Azərbaycanla strateji tərəfdaşlığı dəstəkləmişəm. Mükəmməl əlaqələrimiz var. Azərbaycana yeni səfirimiz təyin olunub. Əlavə edim ki, bu diplomatımız həm də Azərbaycanla strateji tərəfdaşlıq barədə sənəd üzərində işləyənlərdən biri idi. Mən əminəm ki, bizim diplomatımızın, hökumətimizin səyləri ilə bu strateji tərəfdaşlıq güclənəcək. Hər zaman bilin ki, sizin Rumıniyada yaxın dostlarınız var, biz inanırıq ki, bizim də Azərbaycanda çoxlu dostlarımız, tərəfdaşlarımız var".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR