Azərbaycan-Ermənistan dövlət sərhədinin delimitasiyası və demarkasiyası ilə bağlı ikitərəfli komissiya yaradılacaq 

Azərbaycan-Ermənistan dövlət sərhədinin delimitasiyası və demarkasiyası ilə bağlı ikitərəfli komissiya yaradılacaq 
# 26 noyabr 2021 21:55 (UTC +04:00)

Azərbaycan-Ermənistan dövlət sərhədinin delimitasiyası və demarkasiyası ilə bağlı ikitərəfli komissiya yaradılacaq.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu barədə Azərbaycan, Rusiya və Ermənistan liderlərinin 26 noyabr 2021-ci il tarixli Soçi görüşünün yekunları ilə bağlı imzalanan birgə üçtərəfli bəyanatda bildirilib.

“Azərbaycan-Ermənistan sərhədində sabitliyin və təhlükəsizliyin səviyyəsinin yüksəldilməsi üçün addımlar atmağa və tərəflərin sorğusu əsasında Rusiyanın məsləhətçi yardımı ilə Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası ilə bağlı ikitərəfli komissiyanın yaradılması üzrə iş aparılması ilə bağlı razılığa gəldik”, deyə bəyanatda qeyd olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR