Azərbaycan Pəncabda baş verən avtobus qəzası ilə bağlı Pakistan xalqına başsağlığı verib

Xarici işlər naziri Ceyhun Bayramov

© APA | Xarici işlər naziri Ceyhun Bayramov

# 19 iyul 2021 16:43 (UTC +04:00)

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Pakistanın Pəncab əyalətində baş verən avtobus qəzası ilə bağlı Pakistan xalqına başsağlığı verib.

APA-nın məlumatına görə, nazir “Twitter” hesabında etdiyi paylaşımda bildirib ki, Pəncab əyalətində baş verən dəhşətli avtobus qəzası ilə bağlı xəbərlər Azərbaycanı çox kədərləndirib.

“Qəza qurbanlarına Allah rəhmət etsin, yaralılara isə şəfa versin. Qurbanların ailələrinə və qardaş Pakistan xalqına başsağlığı veririk”, - deyə XİN başçısı qeyd edib.

Qeyd edək ki, Pakistanın şimal-şərqində, Pəncab əyalətinin Dera Qazi-Xan şəhərində avtobusla treylerin toqquşması nəticəsində 28 nəfər ölüb, 40-dan çox sərnişin yaralanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR