Azərbaycan XİN Pakistandakı qatar qəzası ilə bağlı başsağlığı verib

Azərbaycan Xarici İşlər Nazirliyi

© APA | Azərbaycan Xarici İşlər Nazirliyi

# 07 iyun 2021 10:43 (UTC +04:00)

Azərbaycan Xarici İşlər Nazirliyi Pakistanın Qotki bölgəsində baş vermiş qatar qəzası ilə bağlı başsağlığı verib.

APA-nın məlumatına görə, bu barədə XİN-in “Twitter” hesabında paylaşım edilib.

Paylaşımda bildirilir: “Biz Pakistanın Qotki bölgəsində ölümcül qatar qəzası ilə bağlı xəbərdən dərin kədərləndik. Həlak olan 30 sərnişinin ailələrinə dərin hüznlə başsağlığı veririk. Bütün yaralılara tezliklə şəfa tapmalarını arzu edirik. Fikrimiz və dualarımız indi qardaş Pakistanın yanındadır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR