Azərbaycan XİN Rusiyaya başsağlığı verib

Xarici İşlər Nazirliyi

© APA | Xarici İşlər Nazirliyi

# 20 sentyabr 2021 15:14 (UTC +04:00)

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Perm Dövlət Universitetində baş vermiş silahlı insidentlə əlaqədar olaraq Rusiyaya başsağlığı verib.

APA-nın xəbərinə görə, bu barədə XİN-in "Twitter" səhifəsində bildirilib.

“Rusiya xalqına, Perm Dövlət Universitetinə edilən hücumda həyatını itirənlərin ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Yaralananların tezliklə sağalmasını arzulayırıq”, - deyə qeyd edilib.

Qeyd edək ki, Perm Dövlət Universitetində tələbə travmatik silahdan atəş açıb. Hadisə nəticəsində 8 nəfər ölüb, 28 nəfər yaralanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR