Britaniya səfiri Respublika Günü münasibətilə Azərbaycan xalqını təbrik edib - VİDEO

Ceyms Şarp

© APA | Ceyms Şarp

# 27 may 2021 14:48 (UTC +04:00)

Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp 28 May - Respublika Günü münasibətilə Azərbaycan xalqını təbrik edib.

APA-nın xəbərinə görə, bu barədə Britaniya səfirliyinin “Facebook” hesabında bildirilib.

“Əziz Azərbaycan xalqı, sizi Azərbaycanın milli bayramı, Respublika Günü münasibətilə təbrik edirəm! Xalqlarımız arasında mövcud dostluq münasibətlərini və ölkələrimizin hərtərəfli əlaqələrini möhkəmləndirmək üçün Böyük Britaniya olaraq Azərbaycanla bütün sahələrdə qarşılıqlı əməkdaşlığın gələcəkdə də inkişafı üçün birlikdə işləməyə davam edəcəyik.

Hər birinizə səadət və xoş günlər, ölkənizə isə firavanlıq, sülh və tərəqqi diləyirəm. Respublika Gününüz mübarək!”, - deyə britaniyalı diplomat təbrik videomüraciətində bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR