Britaniyanın sabiq Baş naziri: “Biz çalışmalıyıq ki, peyvəndlər ədalətli şəkildə paylansın”

Qordon Braun

© APA | Qordon Braun

# 04 noyabr 2021 11:58 (UTC +04:00)

“Pandemiyaya qarşı mübarizədə həmrəy olmalıyıq”.

APA-nın məlumatına görə, bunu bu gün Azərbaycan Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “COVID-19-dan sonrakı dünya” mövzusunda Qlobal Bakı Forumunun açılış mərasimində Birləşmiş Millətlər Təşkilatının Qlobal Təhsil üzrə Xüsusi Elçisi, ÜST-ün Qlobal Səhiyyənin Maliyyələşdirilməsi üzrə səfiri, Böyük Britaniyanın sabiq Baş naziri Qordon Braun bildirib.

Qordon Braun deyib ki, Ümumdünya Səhiyyə Təşkilatının səyləri nəticəsində toplanan vəsaitlə pandemiya dövründə 250 milyon insana yardım göstərilib: “Biz hər gün pandemiya ilə bağlı ölümlərin sayının artdığını görürük. Peyvənd olan yerlərdə ölüm səviyyəsi artır. Məsələn, Afrikada vaksinləmə səviyyəsi aşağıdır. Gəlirləri aşağı olan ölkələrə bu sahədə yardım etməliyik, bunu etməsək, sonra digərləri də bu təhdidlə üzləşməkdə davam edəcək. Peyvənd insan həyatını xilas edir. Peyvəndlər istifadəsiz qalmamalıdır. Biz çalışmalıyıq ki, peyvəndlər ədalətli şəkildə paylansın”.

Qordon Braun qeyd edib ki, iqlim dəyişikliyi də ciddi problemdir: “Bərpa olunan enerji mənbələrindən istifadə genişlənməli, atmosferə karbon atılması sıfıra endirilməlidir”.

Qordon Braun nəzərə çatdırıb ki, sərhədləri açaraq yeni dünya qurmalı, böhranlara çevik reaksiya verməliyik: “Biz mümkün qədər çevik olmalı, əməkdaşlıq etməliyik. Biz dayaz düşüncəli millətçiliyə imkan verməməli, qlobal həmrəyliyi təşviq etməliyik. COVAX çərçivəsində peyvəndlərin digər ölkələrə çatdırılmasına çalışmalıyıq. Biz İkinci Dünya müharibəsindən sonra BMT-ni yaratmışıq, 1990-cı illərdə kosmosda toqquşmanın qarşısını aldıq. Çalışmalıyıq ki, üzərimizə düşən öhdəlikləri yerinə yetirək, sülh və rifahı təmin edək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR