Çavuşoğlu helikopter qəzası ilə bağlı Ceyhun Bayramova başsağlığı verib - YENİLƏNİB

Ceyhun Bayramov, Mövlud Çavuşoğlu

© APA | Ceyhun Bayramov, Mövlud Çavuşoğlu

# 30 noyabr 2021 16:30 (UTC +04:00)

Bu gün Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun Türkiyə Respublikasının xarici işlər naziri Mövlud Çavuşoğlu ilə telefon danışığı baş tutub.

Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindəN APA-ya verilən xəbərə görə, Mövlud Çavuşoğlu təlim uçuşları zamanı Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin qəzaya uğraması ilə bağlı dərin təəssüf hisslərini bölüşüb.

Qəza nəticəsində həlak olanlara Allahdan rəhmət, yaralılara şəfa diləyib.

Nazir Ceyhun Bayramov Mövlud Çavuşoğluya başsağlığına görə təşəkkür edib, qardaş Türkiyənin hər zaman Azərbaycanın kədərini və sevincini bölüşdüyünü vurğulayıb.

Nazir Ceyhun Bayramov öz növbəsində, İstanbulda baş verən qasırğa nəticəsində ölüm hallarının və yaralıların olması ilə bağlı kədərləndiyimizi həmkarının diqqətinə çatdırıb, təbii fəlakət qurbanlarının yaxınlarına səbr arzulayıb.

***

saat 15:20

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu və Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov arasında telefon danışığı olub.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

M. Çavuşoğlu bu gün Azərbaycanda baş vermiş hərbi helikopter qəzasında şəhid olanlarla əlaqədar başsağlığı verib, yaralılara şəfa diləyib.

Qeyd edək ki, bu gün saat 10:40 radələrində Dövlət Sərhəd Xidmətinin hərbi helikopteri Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqo­nunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayıb. Qəza nəticəsində helikopterin heyəti arasında həlak olanlar və yaralananlar var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR