Ceyhun Bayramov Putinin xüsusi nümayəndəsi ilə görüşüb - FOTO

Ceyhun Bayramov Putinin xüsusi nümayəndəsi ilə görüşüb - FOTO
# 24 noyabr 2021 17:16 (UTC +04:00)

2021-ci ilin 24 noyabr tarixində nazir Ceyhun Bayramov və Rusiya Federasiyasının Prezidentinin beynəlxalq mədəniyyət əməkdaşlığı üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy arasında görüş baş tutub.

Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən APA-ya verilən xəbərə görə, görüşdə tərəflər Azərbaycan və Rusiya əməkdaşlıq gündəliyinin humanitar və mədəniyyət sahəsində əməkdaşlıq məsələləri üzrə fikir mübadiləsi aparıblar.

Gələn il iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinin qeyd ediləcəyi diqqətə alınaraq, bu xüsusda müvafiq tədbirlərin həyata keçirilməsinin əhəmiyyəti vurğulanıb.

Tərəflər, həmçinin regional məsələlər və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR