Ceyhun Bayramov və Cavad Zərif arasında telefon danışığı olub

Azərbaycanın xarici İşlər naziri Ceyhun Bayramov və İranın xarici İşlər naziri Məhəmməd Cavad Zərif

© APA | Azərbaycanın xarici İşlər naziri Ceyhun Bayramov və İranın xarici İşlər naziri Məhəmməd Cavad Zərif

# 20 iyul 2021 17:51 (UTC +04:00)

İyulun 20-də Xarici İşlər naziri Ceyhun Bayramov və İran İslam Respublikasının Xarici İşlər naziri Məhəmməd Cavad Zərif arasında telefon danışığı baş tutub.

XİN-dən APA-ya verilən xəbərə görə, nazirlər müqəddəs Qurban bayramı münasibətilə bir-birlərini təbrik edib, xalqlarımıza və ölkələrimizə sülh, əminamanlıq və tərəqqi arzu ediblər.

Nazirlər, həmçinin ikitərəfli əməkdaşlıq və regional təhlükəsizlik məsələləri üzrə fikir mübadiləsi aparıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR