Dövlət Komissiyasının katibi: “Ermənistanın əsir və girov götürdüyü azərbaycanlıların çoxu bir çox halda kütləvi şəkildə qətlə yetirilib”

İsmayıl Axundov

© APA | İsmayıl Axundov

# 30 avqust 2021 10:29 (UTC +04:00)

“Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan əraziləri işğal edildikcə soyqırımı və digər faciəvi aktlar həyata keçirilib”.

APA-nın məlumatına görə, bunu Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi İsmayıl Axundov deyib.

O bildirib ki, əsir və girov götürülmüş azərbaycanlıların çoxu bir çox halda kütləvi şəkildə qətlə yetirilib: “16 fevral 1994-cü ildə Ermənistan guya qaçmağa cəhd edən 8 azərbaycanlı əsirin öldürüldüyünü qeyd edib. Amma meyitlər üzərində aparılan araşdırmalar əsirlərin eyni silahdan gicgah nahiyəsinin atəş nəticəsində öldüyünü sübut edib. Bu kimi faktlar Ermənistanın azərbaycanlı əsirlərlə davranışlarını göstərir. Ermənistan Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərin saxlanılması faktını beynəlxalq təşkilatlardan gizlədir, onların taleyi barədə məlumat verməkdən imtina edir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR