Ehud Barak Bakı Qlobal Forumunun əhəmiyyətindən danışıb

Ehud Barak

© APA | Ehud Barak

# 04 noyabr 2021 17:56 (UTC +04:00)

“Düşünürəm ki, bu forumun iştirakçıları Nizami Gəncəvi irsini davam etdirir. Təxminən 900 il öncəyə aid olan Nizami Gəncəvi yaradıcılığındakı məqamlar bu günün dünyasındakı çətinliklərlə səsləşir”.

APA-nın məlumatına görə, bunu VIII Bakı Qlobal Forumunda iştirak edən İsrailin keçmiş Baş naziri Ehud Barak jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, bu gün bu Forumda müzakirə olunan məsələlər dünyanın müxtəlif regionlarındakı xalqların üzləşdiyi problemlərə toxunur.

“Azərbaycan xalqına və Prezident İlham Əliyevə bu foruma bir neçə ildir ev sahibliyi etdiyinə görə təşəkkürümü bildirirəm” deyən E. Barak bildirib ki, real problemləri müzakirə etmək üçün belə forumlar vacibdir.

“Düşünürəm ki, biz Azərbaycanın çox tarixi bir anına şahidlik etdik, bu, mərhum Heydər Əliyev hakimiyyətindən sonra ikinci belə bir məqamdır. İlham Əliyev və cəsarətli Azərbaycan ordusu itkilərlə buna nail oldu. Bilirsiniz ki, bu münaqişə ilə bağlı BMT TŞ-nin qətnamələri və digər başqa sənədlər var və bir növ bu qətnamələr reallaşdı. Beynəlxalq ədalət bərpa oldundu”, - deyə İsrailin keçmiş Baş naziri əlavə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR