Əli Əsədov İrakli Qaribaşvilini Müstəqillik Günü münasibətilə təbrik edib

Əli Əsədov

© APA | Əli Əsədov

# 26 may 2021 12:40 (UTC +04:00)

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Gürcüstanın Baş naziri İrakli Qaribaşviliyə ölkəsinin Müstəqillik Günü münasibətilə təbrik məktubu ünvanlayıb.

Nazirlər Kabinetinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, məktubda Azərbaycan ilə Gürcüstan arasındakı dərin tarixi köklərə əsaslanan çoxşaxəli əlaqələrin, strateji tərəfdaşlığın məmnunluq doğurduğu vurğulanıb.

Azərbaycan-Gürcüstan münasibətlərinin bundan sonra da öz dinamik inkişafını müvəffəqiyyətlə davam etdirəcəyinə əminlik ifadə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR