Ərdoğan: “Qarabağda münaqişənin davam etməsini istəyənlər həmişə bu münaqişədən qazanan tərəfdə olub” - VİDEO - YENİLƏNİB

Ərdoğanın Azərbaycan Milli Məclisində çıxışı

© APA | Ərdoğanın Azərbaycan Milli Məclisində çıxışı

# 16 iyun 2021 15:50 (UTC +04:00)

“Ötən 30 ildə Qarabağda yaşanan gərginlik dönəmində kimlərin bu işdən qazanclı çıxdığı, kimlərin uduzduğu aydın görünür”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən xüsusi iclasında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Türkiyə Prezidenti bildirib ki, maddi və mənəvi baxımdan uduzanlar isə sadəcə Qarabağda yaşayan insanlardır: “30 ildir, mənim azərbaycanlı qardaşlarım öz məskənlərindən qaçqın oldular. 30 il sonra bu torpaqlar təkrar öz sahiblərinə qovuşdu. Qarabağda münaqişənin davam etməsinə səy göstərənlər isə həmişə bu münaqişədən qazanan tərəfdə olub. Böyük liderlik göstərərək bu zəfəri və barışı Azərbaycana qazandıran Ali baş Komandan, hörmətli qardaşım İlham Əliyevi bir daha təbrik edirəm”.

Türkiyə lideri milli birlik ruhunu ən yüksəyə daşıyan Azərbaycan xalqını təbrik etdiyini vurğulayıb: “Əlbəttə qəhrəmanca, gözünü qırpmadan mübarizə aparan Azərbaycan əsgərini təbrik edirəm. Şəhidlərimizin hər birinə Allahdan rəhmət diləyirəm”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR