Ermənistan XİN başçısı fransalı həmsədrlə görüşüb

Stefan Viskonti

© APA | Stefan Viskonti

# 13 sentyabr 2021 18:47 (UTC +04:00)

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bu gün ATƏT-in Minsk qrupunun fransalı həmsədri Stefan Viskonti ilə görüşüb.

APA-nın “Sputnik Armenia”ya istinadən verdiyi xəbərə görə, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidməti məlumat yayıb.

Görüşdə Fransa XİN-in Kontinental Avropa Departamentinin direktor müavini Silven Qiyoqe də iştirak edib.

Görüşdə Qarabağ nizamlanması ilə bağlı fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, Ermənistanın xarici işlər naziri sentyabrın 6-da ATƏT-in Minsk qrupunun rusiyalı yeni həmsədri İqor Xovayevlə görüşüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR