Gələn il Ermənistana qarşı daha iki məsələ üzrə iddia qaldırılacaq

Gələn il Ermənistana qarşı daha iki məsələ üzrə iddia qaldırılacaq
# 08 dekabr 2021 11:41 (UTC +04:00)

“Azərbaycan Ermənistana qarşı müxtəlif beynəlxalq konvensiyalar üzrə şikayətlər qaldıracaq. Hansı ki, həmin konvensiyalarda şikayət etmə prosedurları bir-birindən fərqlənəcək”.

APA-nın xəbərinə görə, bunu Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov ötən gün Beynəlxalq Ədalət Məhkəməsinin müvəqqəti tədbirlərinə dair qərarı ilə bağlı mətbuat brifinqində deyib.

Nazir müavini bildirib ki, artıq gələn il Azərbaycan iki konkret istiqamət üzrə şikayət verəcək: “Bunlardan biri ətraf mühitə vurulmuş ziyanın miqyası ilə bağlı olacaq. Və təbii ki, mövcud bəzi konvensiyalar çərçivəsində həmin ərazilərdə ətraf mühitə vurulmuş ziyanla bağlı məsələnin qaldırması planlaşdırılır. Digər məsələ enerji resursları ilə bağlı olacaq. Ermənistanın işğaldan azad edilmiş ərazilərdə enerji resurslarından qanunsuz istifadə etməsi və istismar faktları toplanır və bununla bağlı iddia qaldırılmasına hazırlaşırıq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR