Gürcüstan Prezidenti: “Gürcüstan tarixi vasitəçi roluna geri dönüb”

Salome Zurabişvili, Gürcüstan Prezidenti

© APA | Salome Zurabişvili, Gürcüstan Prezidenti

# 12 iyun 2021 23:19 (UTC +04:00)

“Gürcüstan özünün tarixi vasitəçi roluna geri qayıdıb”.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Prezidenti Salome Zurabişvili özünün “Twitter” hesabındakı paylaşımında bildirib.

Bildirib ki, davamlı sülh üçün tərəflər arasında etimad inşa edilməlidir.

“Azərbaycan və Ermənistan arasında humanitar razılaşmanın əldə edilməsi münasibəti ilə Baş nazir İrakli Qaribaşvilini təbrik edirəm. Gürcüstan özünün tarixi vasitəçi roluna geri qayıdıb, ABŞ və Avropa İttifaqı Qafqaza geri qayıdıb, etimad inşası qalıcı sülhün yoludur”, - deyə prezident qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR