Gürcüstan və Azərbaycanın XİN başçılarının ikitərəfli görüşü keçiriləcək

​​​​​​​Gürcüstan baş nazirinin müavini, xarici işlər naziri David Zalkaliani

© APA | ​​​​​​​Gürcüstan baş nazirinin müavini, xarici işlər naziri David Zalkaliani

# 17 iyun 2021 23:54 (UTC +04:00)

Gürcüstan baş nazirinin müavini, xarici işlər naziri David Zalkaliani iyunun 18-19-da Antalya Diplomatik Forumunda iştirak edəcək.

APA-nın Gürcüstan bürosu xəbər verir ki, bu barədə Gürcüstan XİN məlumat yayıb.

Bildirilib ki, XİN başçısı forumun “Cənubi Qafqaz: Regional əməkdaşlıq üçün yeni fürsətlər” adlı panelində Azərbaycanlı həmkarı Ceyhun Bayramovla birlikdə iştirak edəcək.

Səfər çərçivəsində David Zalkalianinin həmkarları ilə ikitərəfli görüşlərinin keçirilməsi planlaşdırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR