Hərbi attaşe Ukraynanın suverenliyi və ərazi bütövlüyünə dəstəyə görə Azərbaycana təşəkkür edib - FOTO

Bakıdakı Ukrayna Mərkəzində sərgi

© APA | Bakıdakı Ukrayna Mərkəzində sərgi

# 07 dekabr 2021 16:46 (UTC +04:00)

“Ukraynanın suverenliyinə və ərazi bütövlüyünə verdiyi dəstəyə görə Azərbaycana təşəkkür edirik”.

APA-nın xəbərinə görə, bunu Ukrayna Silahlı Qüvvələrinin yaranmasının 30-cu ildönümü münasibətilə Bakıdakı Ukrayna Mərkəzində təşkil olunan sərgidə Ukraynanın Azərbaycandakı hərbi attaşesi Yuri Aksenenko deyib.

Hərbi attaşe bildirib ki, Ukrayna Silahlı Qüvvələri ölkə müstəqillik əldə etdiyi 30 ilin 8 ilini təcavüzlə mübarizə aparır.

O, münaqişə başlayandan 13 mindən çox insanın həlak olduğunu qeyd edib.

Y. Aksenenko bildirib ki, Rusiyanın silahlı müdaxiləsi nəticəsində Krım zəbt edilib, Rusiya Donbasda müharibədə iştirak edir.

"Təhlükəyə adekvat reaksiyanın zəruriliyi dövlətimizin müdafiə qabiliyyətinə olan yanaşmalarda konkret dəyişikliklər tələb edir. Ukrayna Silahlı Qüvvələrinin inkişafı miqyaslı islahatlara, NATO standartlarına keçidə yönəlib.

Bir daha Azərbaycan rəhbərliyinə Ukraynanın ərazi bütövlüyünə verdiyi daimi dəstəyə görə təşəkkür edirəm. Ukrayna, həmçinin, Azərbaycanın suverenliyini və beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində ərazi bütövlüyünü dəstəkləyir.

Ukrayna Silahlı Qüvvələri bütün çətinliklərə baxmayaraq, dövlətimizin müstəqilliyinin, ərazi bütövlüyümüzün etibarlı zəmanətidir və bu, daim belə olacaq", - hərbi attaşe vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR