İƏT Ombudsmanlar Assosiasiyasının nümayəndə heyəti Şuşada “Güllələnmiş heykəllər”ə və Natəvanın evinə baxış keçirib - FOTO

İƏT Ombudsmanlar Assosiasiyasının nümayəndə heyəti Şuşada

© APA | İƏT Ombudsmanlar Assosiasiyasının nümayəndə heyəti Şuşada

# 16 sentyabr 2021 15:41 (UTC +04:00)

İƏT Ombudsmanlar Assosiasiyasının nümayəndə heyəti Şuşaya faktaraşdırıcı missiya çərçivəsində Üzeyir Hacıbəyli, Xurşidbanu Natəvan və Bülbülün heykəllərinə baxış keçirib.

APA-nın əməkdaşı xəbər verir ki, nümayəndə heyəti heykəllər üzərində güllə izlərinə baxıb, erməni vəhşiliyinin izlərini gözləri ilə görüblər.

Bundan başqa, nümayəndə heyəti Xan qızı bulağına və Xurşidbanu Natəvanın evinə baxış keçiriblər.

Onlar ermənilərin Natəvanın evində törətdiyi vandallığın izlərinin şahidi olublar.

Qeyd edək ki, səfər Azərbaycan Ombudsmanı Səbinə Əliyeva, İslam Əməkdaşlıq Təşkilatının Ombudsmanlar Assosiasiyasının Prezidenti, Türkiyənin Baş Ombudsmanı Şərəf Malkoçun rəhbərlik etdiyi nümayəndə heyəti, OA-nın Baş katibinin müşaviri Muhammad Javed Ghani və Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı iştirak edir.

Şuşa şəhərində həyata keçirilən monitorinq zamanı əldə edilmiş nəticələr əsasında hesabat hazırlanaraq beynəlxalq təşkilatlara göndəriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR