İƏT Ombudsmanlar Assosiasiyasının nümayəndələri Şəhidlər xiyabanı və Türk şəhidliyini ziyarət edib - FOTO

İƏT Ombudsmanlar Assosiasiyası üzvlərinin Şəhidlər xiyabanını ziyarəti

© APA | İƏT Ombudsmanlar Assosiasiyası üzvlərinin Şəhidlər xiyabanını ziyarəti

# 15 sentyabr 2021 10:51 (UTC +04:00)

Ombudsman Səbinə Əliyeva, Azərbaycanda səfərdə olan İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Ombudsmanlar Assosiasiyasının prezidenti, Türkiyənin Baş Ombudsmanı Şərəf Malkoçun rəhbərlik etdiyi nümayəndə heyəti, Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı və Pakistan Ombudsmanının müşaviri Muhammad Javed Ghani Şəhidlər xiyabanını ziyarət ediblər.

APA-nın məlumatına görə, qonaqlar Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərin xatirəsini yad ediblər.

Qeyd edək ki, Türkiyə və Pakistan Ombudsman heyətləri Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Səbinə Əliyevanın dəvəti ilə Azərbaycana səfərə gəliblər.

Daha sonra nümayəndə heyəti Türk şəhidliyini ziyarət edib.

Onlar Bakının azad olunmasında bolşevik-erməni daşnak qoşunlarına qarşı mübarizədə şəhid olmuş türk əsgərlərinin xatirəsini yad ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR