İƏT Ombudsmanlar Assosiasiyasının prezidenti: "Ermənistanın mina xəritələrini verməsi üçün çalışacağıq"

Türkiyənin Baş Ombudsmanı Şərəf Malkoç

© APA | Türkiyənin Baş Ombudsmanı Şərəf Malkoç

# 15 sentyabr 2021 11:22 (UTC +04:00)

"Biz Ağdama, Tərtərə, Şuşaya və ətraf rayonlara səfər edəcəyik".

APA-nın məlumatına görə, bunu İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Ombudsmanlar Assosiasiyasının prezidenti, Türkiyənin Baş Ombudsmanı Şərəf Malkoç jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, səfər zamanı ermənilərin, erməni rəsmilərinin xüsusilə tarixi miras üzərində həyata keçirdikləri təxribatlar görünəcək: "Ermənilər azad olunmuş ərazilərin böyük bir hissəsini minalayıblar. Amma təəssüflər olsun ki, onlar mina xəritələrini Azərbaycana vermədilər. Biz xüsusilə mina xəritələrinin verilməsi, həmin ərazilərdə insanların həlak olmaması üçün çalışacağıq. Ümid edirik ki, İƏT-in hesabatı hazır olduqdan sonra təsiri olacaq. Bu hesabatı da BMT-yə və beynəlxalq insan hüquqları ilə məşğul olan qurumlara göndərəcəyik".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR