İsrail səfiri Azərbaycan media mənsublarının minaya düşərək həlak olması ilə bağlı başsağlığı verib

Corc Dik

© APA | Corc Dik

# 04 iyun 2021 19:17 (UTC +04:00)

İsrailin Azərbaycandakı səfiri Corc Dik bu gün Kəlbəcərdə minaya düşərək həlak olan media nümayəndələrinin ailələrinə başsağlığı verib.

APA-nın xəbərinə görə, İsrail diplomatı bu barədə "Twitter"də bildirib.

"Kəlbəcərdə mina partlayışında iki jurnalistin həlak olması xəbəri bizi dərindən kədərləndirdi. Dualarımız və düşüncələrimiz qurbanların ailələri ilə birlikdədir. Allah rəhmət eləsin", -deyə Corc Dik bildirib.

Xatırladaq ki, bu gün Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisindəki yolda çəkiliş qrupunun üzvlərini aparan nəqliyyat vasitəsi tank əleyhinə minaya düşüb. Nəticədə “Azərtac”ın müxbiri Məhərrəm İbrahimov, AzTV-nin operatoru Sirac Abışov və Kəlbəcər RİH başçısının Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Arif Əliyev həlak olub, 4 nəfər yaralanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR