İsrail səfiri: “İsrail həmişə Azərbaycanın yanında olub, onun ərazi bütövlüyünü dəstəkləyib”

Corc Dik

© APA | Corc Dik

# 09 iyul 2021 17:40 (UTC +04:00)

“Şuşada olmaq mənim üçün böyük şərəfdir, bu, bir üstünlükdür”.

APA-nın məlumatına görə, bunu Şuşada səfərdə olan İsrailin Azərbaycandakı səfiri Corc Dik jurnalistlərə açıqlamasında deyib.

“2019-cu ilin sonunda Azərbaycana gələndə düşünməzdim ki, bu gün mən Şuşada ola bilərəm” deyən Corc Dik bildirib ki, İsrail həmişə Azərbaycanın yanında olub, onun ərazi bütövlüyünü dəstəkləyib.

İsrail səfiri Şuşada olmağından, bu tarixi şəhərə səfərindən şad olduğunun bildirib: “Bu şəhəri Qarabağın Qüdsü adlandırırlar. Qüdsdən gəlib burda olmaq şərəfdir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR