İsveç səfirliyi: Azərbayan jurnalistlərinin mina partlayışında faciəvi ölümündən kədərlənirik

İsveç səfirliyi: Azərbayan jurnalistlərinin mina partlayışında faciəvi ölümündən kədərlənirik
# 05 iyun 2021 13:11 (UTC +04:00)

İsveçin Azərbaycandakı səfirliyi media nümayəndələrinin iyunun 4-də Kəlbəcərdə minaya düşərək həlak olması ilə bağlı açıqlama yayıb.

APA-nın xəbərinə görə, açıqlama səfirliyin rəsmi "Facebook" səhifəsində yerləşdirilib.

"İsveçin Bakıdakı səfirliyi mina partlaması nəticəsində jurnalistlər Məhərrəm İbrahimov və Sirac Abışovun, eləcə də hökumət rəsmisinin faciəvi şəkildə həyatlarını itirməsi xəbərindən kədərlənir", - deyə səfirlik qeyd edib.

Xatırladaq ki, iyunun 4-də Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisindəki yolda çəkiliş qrupunun üzvlərini aparan nəqliyyat vasitəsi tank əleyhinə minaya düşüb. Nəticədə “Azərtac”ın müxbiri Məhərrəm İbrahimov, AzTV-nin operatoru Sirac Abışov və Kəlbəcər RİH başçısının Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Arif Əliyev həlak olub, 4 nəfər yaralanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR