İtaliya səfirliyi media mənsublarının minaya düşərək həlak olması ilə bağlı başsağlığı verib

İtaliya səfirliyi media mənsublarının minaya düşərək həlak olması ilə bağlı başsağlığı verib
# 04 iyun 2021 18:31 (UTC +04:00)

İtaliyanın Azərbaycandakı səfirliyi bu gün Kəlbəcərdə minaya düşərək həlak olan media nümayəndələrinin ailələrinə başsağlığı verib.

APA-nın xəbərinə görə, bu barədə İtaliya səfirliyinin rəsmi "Facebook" hesabında bildirilib.

“Sirac Abışov və Məhərrəm İbrahimovun Kəlbəcər rayonunda mina partlayışı nəticəsində həlak olması xəbərinə dərindən kədərləndik. Media müharibə və onun nəticələrinin bədəlini ağır şəkildə ödəməyə davam edir. Onların doğmalarına dərin hüznlə başsağlığı veririk”, - deyə qeyd edilib.

Xatırladaq ki, bu gün Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisindəki yolda çəkiliş qrupunun üzvlərini aparan nəqliyyat vasitəsi tank əleyhinə minaya düşüb. Nəticədə “Azərtac”ın müxbiri Məhərrəm İbrahimov, AzTV-nin operatoru Sirac Abışov və Kəlbəcər RİH başçısının Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Arif Əliyev həlak olub, 4 nəfər yaralanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR