Kaxa Kaladze Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib - FOTO - VİDEO - YENİLƏNİB

Kaxa Kaladze Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib - FOTO  - VİDEO  - YENİLƏNİB
# 14 iyul 2021 13:03 (UTC +04:00)

Bu gün Gürcüstanın paytaxtı Tbilisi şəhərinin meri Kaxa Kaladzenin başçılıq etdiyi nümayəndə heyəti Fəxri xiyabana gələrək ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə gül dəstələri qoyublar.

APA-nın xəbərinə görə, sonra görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın da xatirəsi anılıb, məzarı önünə tər güllər düzülüb.

Daha sonra qonaqlar Şəhidlər xiyabanına gələrək Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini yad edib, məzarları üzərinə gül dəstələri qoyublar.

Azərbaycan paytaxtının mənzərəsini seyr edən nümayəndə heyətinə Şəhidlər xiyabanının tarixi və Bakıda görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.

Kaxa Kaladze və qonaqlar Bakının çox təmiz şəhər olduğunu vurğulayaraq kommunal xidmətlər tərəfindən bu sahəyə xüsusi diqqət göstərildiyinin hiss olunduğunu qeyd ediblər. Onlar mürəkkəb landşafta malik şəhərdə aparılan uğurlu yaşıllaşdırma işlərini də xüsusi vurğulayıb və bu işlərin yalnız ciddi qulluq sayəsində mümkün olmasını bildiriblər.

Sonra qonaqlar Bakının görməli yerlərini gəzib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR