Lavrov: “Azərbaycanla Ermənistan arasında qarşılıqlı anlayışın tapılmasına kömək edəcək bütün addımları alqışlayacağıq”

Sergey Lavrov

© APA | Sergey Lavrov

# 31 avqust 2021 17:10 (UTC +04:00)

“Biz Azərbaycanla Ermənistan arasında qarşılıqlı anlayışın tapılmasına kömək edəcək bütün addımları alqışlayacağıq”.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov erməni həmkarı Ararat Mirzoyanla danışıqlarının yekunlarına dair birgə mətbuat konfransında Rəsmi Bakının “Azərbaycanla Ermənistan arasında sülh müqaviləsində İrəvan tərəfindən Azərbaycanın ərazi bütövlüyü tanınmalıdır” mövqeyi ilə bağlı suala cavabında bildirib.

“Bu məsələ Azərbaycan və Ermənistan münasibətlərinə aiddir. Ona görə də bunu şərh etmirəm. Ancaq bir fikri deyə bilərəm ki, biz Azərbaycan və Ermənistan arasında fikir ayrılıqlarını nizamlamağa və iki ölkə arasında qarşılıqlı anlayışın tapılmasına kömək edəcək bütün addımları alqışlayacağıq”, - deyə Rusiya XİN başçısı vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR