Menteşe bələdiyyə sədri: "Qardaş Azərbaycana çətin günümüzdə etdiyi köməyə görə təşəkkür edirik" - VİDEO - YENİLƏNİB

Menteşe bələdiyyə sədri: "Qardaş Azərbaycana çətin günümüzdə etdiyi köməyə görə təşəkkür edirik" - VİDEO  -  YENİLƏNİB
# 05 avqust 2021 21:26 (UTC +04:00)

Mətnə video əlavə olunub.

***

Saat 20:23

"Qardaş Azərbaycana çətin günümüzdə etdiyi köməyə görə təşəkkür edirik və minnətdarlığımızı bildiririk".

Bunu APA-ya açıqlamasında Türkiyənin Muğla Menteşe bələdiyyə sədri Bahaddin Gümüş deyib.

O deyib ki, son bir həftə Muğlada, əsasən də Menteşe bölgəsində böyük yanğınlar baş verir: "İki gün öncə ərazidə olan zaman azərbaycanlı yanğınsöndürənləri və teknikalarını gördüm. Onlar özlərində həm Azərbaycan, həm də Türkiyə bayrağı daşıyırdılar. Bu məni çox məmnun etdi. Artıq bu gün Azərbaycana məxsus amfibiya təyyarəsi Kozaağac istiqamətində yanğınların söndürülməsində iştirak edir. Bəzi ərazilərdə yanğınlar söndürülüb. Lakin sönən ərazilərdə bəzən yanğınlar yenidən başlayır. Sağ olsunlar, Azərbaycan tərəfi var gücləri ilə xidmət göstərirlər. Qardaş Azərbaycana bizə yardım etdiyi üçün çox təşəkkür edirik".

Bələdiyyə sədri qeyd edib ki, yanğınlar olan ərazilərdə yaşayan əhali təxliyə edilir: "Dünən yanğının şiddətlənməsi nəticəsində Kozaağac və ona yaxın iki kəndin əhalisi və heyvanları təxliyə edilib. Şükürlər olsun ki, heç bir ev yanmayıb, həyatını itirən olmayıb".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR