Milli Məclisin deputatları Kamal Cəfərov və Erkin Qədirli Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Hüquqi məsələlər və insan hüquqları komitəsinin iclasında iştirak etmək üçün dekabrın 5-də Fransanın paytaxtı Parisə səfər edəcəklər.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, komitə iclasının gündəliyinə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarının icrası, ölüm hökmünün ləğvi, Avropa Şurasına üzv dövlətlərin Şengen sistemindən siyasi sanksiya kimi istifadə etmələri ilə bağlı və bir sıra digər məsələlər daxil edilib.
Deputatlar tədbirdə müzakirəyə çıxarılan məsələlər barədə öz fikirlərini açıqlayacaq, qeyd və təkliflərini bildirəcəklər.
Səfər dekabrın 8-də başa çatacaq.
Milli Məclisin deputatları AŞPA-nın komitə iclasında iştirak edəcəklər
© APA | Milli Məclis
04 dekabr 2021 11:31 (UTC +04:00)
Xarici siyasət
Türkmənistanda Ümummilli Lider Heydər Əliyevin 101 illiyi qeyd edilib
15:58
10 may 2024
Ceyhun Bayramov sülh danışıqlarına dəstəyə görə Qazaxıstana təşəkkür edib
15:39
10 may 2024
Mirzoyan: Almatı görüşü Azərbaycanla sülh müqaviləsinin razılaşdırılmasına yönəlib
15:37
10 may 2024
ABŞ və Ukraynanın Azərbaycandakı səfirləri görüşüb
15:34
10 may 2024