Mixail Kosobokov Qarabağdakı Rusiya sülhməramlılarının komandanı təyin olunub

Mixail Kosobokov

© APA | Mixail Kosobokov

# 09 sentyabr 2021 13:14 (UTC +04:00)

General-mayor Mixail Kosobokov Rusiyanın Qarabağdakı sülhməramlı kontingentinin komandanı təyin olunub.

APA-nın məlumatına görə, o, bu postda general-leytenant Rüstəm Muradovu əvəz edib.

Bu gün yeni komandan Ermənistana səfər edib.

M. Kosobokov Rusiyanın Ermənistandakı 102-ci bazasının komandiri, polkovnik Dmitri Ovçarovla birlikdə Ermənistanın müdafiə naziri Arşak Karapetyanın qəbulunda olub.

Qeyd edək ki, M. Kosobokov buna qədər Cənub Hərbi Dairəsinin 58-ci Ümumqoşun Ordusunun komandan müavini postunu tutub.

General bir vaxtlar Rusiyanın Abxaziyadakı hərbi bazasının komandanı olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR