Mövlud Çavuşoğlu Azərbaycan səfirini qəbul edib - YENİLƏNİB

Rəşad Məmmədov, Mövlud Çavuşoğlu

© APA | Rəşad Məmmədov, Mövlud Çavuşoğlu

# 08 noyabr 2021 22:36 (UTC +04:00)

Azərbaycanın Türkiyədəki fövqəladə və səlahiyyətli səfiri Rəşad Məmmədov bu gün Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşüb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Azərbaycanın Türkiyədəki Səfirliyi məlumat yayıb.

Görüşdə M.Çavuşoğlu Zəfər Günü münasibətilə səfirimizi təbrik edib.

Həmçinin, görüş zamanı iki qardaş ölkə arasındakı aktual mövzularla bağlı fikir mübadiləsi aparılıb.

Səfir Rəşad Məmmədov Azərbaycanın haqlı mübarizəsinə verdiyi dəstəyə görə, nazir Çavuşoğluna təşəkkür edib.

***

14:04

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədovu qəbul edib.

APA-nın xəbərinə görə, bu barədə Türkiyə XİN başçısı "Twitter" hesabında bildirib.

"30 illik Qarabağ həsrətini aradan qaldıran qələbənin birinci ildönümündə can Azərbaycanın Ankaradakı yeni səfiri Reşad Məmmədovla görüşdük.
Azərbaycanla qardaşlığımız daimi, sevincimiz ortaqdır!", - deyə Çavuşoğlu qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR