Mustafa Şentop: “Suriyadakı, Əfqanıstandakı problemlərin maddi və mənəvi yükü Türkiyənin üzərinə düşür”

Mustafa Şentop

© APA | Mustafa Şentop

# 28 iyul 2021 09:50 (UTC +04:00)

“Suriyadakı, Əfqanıstandakı problemləri Türkiyə yaratmadı, ancaq bu problemlərin maddi və mənəvi yükü Türkiyənin üzərinə düşür”.

APA-nın məlumatına görə, bunu bu gün keçirilən mətbuat konfransında Azərbaycanda səfərdə olan Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop bildirib.

Türkiyə Böyük Millət Məclisinin sədri deyib ki, Avstriya baş nazirinin Əfqanıstandan qaçqınların Türkiyəyə getməsinin məqsədəuyğun olduğu barədə yersiz bəyanat verib: “Avstriyaya gedən qaçqınlar var? Bu bəyanat ümumiyyətlə, məsuliyyətsizlikdir. Qaçqınlar məsələsi dünya ölkələrinin hamısının məsuliyyət daşıdığı, məsuliyyəti bölüşməli olduğu bir məsələdir. Türkiyə bu sahədə üzərinə düşən vəzifəni yerinə yetirir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR