Nazir: “Ermənistanın Oxçuçayı çirkləndirməsi tək Azərbaycan deyil, İran üçün də böyük problem yaradır”

Ceyhun Bayramov

© APA | Ceyhun Bayramov

# 02 iyul 2021 11:46 (UTC +04:00)

“Azərbaycanın işğal altındakı ərazilərində su terroru həyata keçirilib, suyun vacib olduğu yay aylarında çay axının qarşısı alınıb, qış aylarında ilə su buraxılıb və sel yaranıb”.

APA-nın məlumatına görə, bunu bu gün Azərbaycanda rəsmi səfərdə olan Qırğız Respublikasının xarici işlər naziri Ruslan Kazakbayevlə geniş tərkibli görüşdən sonra keçirilən brifinqdə xarici işlər naziri Ceyhun Bayramov deyib.

XİN başçısı bildirib ki, 54 min hektardan çox meşə ərazisi qırılıb: “Bu, işğaldan azad edilmiş ərazilərdəki meşələrin 20 faizini təşkil edir. 31 mədən sahəsinin istismarı faktı aşkarlanıb”.

C. Bayramov qeyd edib ki, Ermənistan ərazisindəki mis-molibden zavodunun tullantıları təmizlənmədən Oxçuçaya axıdılıb: “Bu, böyük miqyaslı problemdir. Çünki Oxçuçay Araz çayına tökülür və tək Azərbaycan deyil, İran üçün də böyük problem yaradır. Biz bu məsələyə ciddi reaksiya verilməsini tələb edirik. Ermənistanın məsuliyyətdən yayınması mümkün olmayacaq. Eyni zamanda, Ermənistanda fəaliyyət göstərən xarici şirkətlərə müraciət edir, onlardan əməli tədbirlərin görülməsini tələb edirik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR