Ombudsman beynəlxalq təşkilatlara müraciət edib: Kəlbəcərdə qar əriyəndən sonra Ermənistanın basdırdığı minlərlə mina üzə çıxıb

Ombudsman beynəlxalq təşkilatlara müraciət edib: Kəlbəcərdə qar əriyəndən sonra Ermənistanın basdırdığı minlərlə mina üzə çıxıb

© APA | Ombudsman Səbinə Əliyeva

# 11 may 2021 10:44 (UTC +04:00)

“Kəlbəcər rayonunda yerləşən dağların ətəklərindəki qar əriməyə başladıqdan sonra belə bir mənzərənin şahidi olduq: Azərbaycanın bu əzəli torpaqları işğal altında olarkən Ermənistan silahlı qüvvələri tərəfindən yüzlərlə, hətta minlərlə mina yerləşdirilib və bu minalar sözün əsl mənasında hər addımbaşı basdırılıb”.

Bu barədə APA-ya Ombudsman Aparatının mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, bu, Ermənistanın beynəlxalq humanitar hüququn norma və prinsiplərinə hörmətsizliyinin daha bir əyani sübutudur.

“Artıq onlarla hərbi qulluqçumuz və mülki şəxslərimiz bu işarələnməmiş mina partlayışlarının qurbanı olub. Bir milyondan çox azərbaycanlı məcburi köçkün hələ də Ermənistanın minalanmış ərazilərin xəritəsini verməkdən imtina etməsi səbəbi ilə öz yurdlarına qayıda bilmir, belə ki onların həyat və sağlamlıqları hələ də təhlükə altındadır.

Bu, Ermənistan tərəfindən insan hüquqlarının kobud şəkildə pozulmasının və beynəlxalq hüquqa açıq-aşkar etinasızlığın sübutudur. Azərbaycan Ombudsmanı mütəmadi olaraq dünya ictimaiyyətinin diqqətinə yeni faktlar və sübutları çatdıraraq, işarələnməmiş minalar və onların insan həyatı üçün potensial təhlükəsi ilə bağlı narahatlığımızı bir daha təkrar edərək, müvafiq beynəlxalq strukturlardan Ermənistandan bu minalanmış ərazilərin xəritələrinin verilməsi üçün tədbirlər görmələrini tələb edir”, - deyə qeyd olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR